Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.06.2018

Balakəndə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

İyunun 4-də Balakən Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Mahamalar kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən rayonu Mahamalar kənd tam orta məktəbinin direktoru Kəmalə Məmmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Məmmədova mövzunun əhəmiyyətindən danışıb, dövlət tərəfindən insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına diqqət çəkib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə insan hüquq və azadlıqlarının qorunmasının dövlətin ali məqsədi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.