Balakəndə "Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda tədbir keçirilib
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin və Balakən rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən rayonu Katex kənd 2 saylı tam orta məktəbində “Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Balakən rayonu Katex kənd 2 saylı tam orta məktəbin direktoru Sona Əsgərova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sona Əsgərova keçirilən tədbirin əhəmiyyətindən danışıb, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvərlik ruhunda tərbiyə edilməsində vacibliyini vurğulayıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev “Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda çıxış edərək Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
