Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.06.2016

Balakəndə “Fitnə” filmi nümayiş olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Fitnə” filmi Balakən rayonu Heydər Əliyev Mərkəzində nümayiş olunub. Tədbirdə Balakən  Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən şəhər məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər “Fitnə” sənədli filminin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Sonda “Fitnə” filmi nümayiş olunub.