Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.09.2019

Balakəndə “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusu müzakirə olunub

Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən Humanitar və Texniki təmayüllü liseydə “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev, Ruslan Əfəndiyev, liseyin direktor müavini Zümrüd Məmmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan liseyin direktor müavini Zümrüd Məmmədova keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətindən danışıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev çıxışında dini radikalizmin cəmiyyətə, xüsusilə gənclərə göstərdiyi mənfi təsirdən ətraflı şəkildə bəhs edib. Radikalizmlə mübarizədə ən güclü silahın məhs elm və təhsil olduğunu,təhsilli gənclərin isə radikal qrupların təsiri altına düşməsinin mümkün olmadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev isə öz çıxışında bildirib ki, radikal dini qruplarla mübarizə dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanıb.