Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.02.2020

Balakəndə "Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Vaqif adına Tülü-1 saylı kənd tam orta məktəbində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ruslan Əfəndiyev, Balakən Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Nurlan Şibliyev, məktəbin direktoru Akif Mirzəyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edib. Çıxışlar zamanı ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, dövlətimizin bu sahəyə xüsusi diqqət və qayğısından, gənclər arasında dini radikalizm və ekstremizm kimi mənfi hallara qarşı maariflənmənin önəmindən danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çap edilmiş maarifləndirici ədəbiyyat paylanıb.