Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.08.2021

Balakəndə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə olunub

Avqustun 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Balakən rayonunda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” adlı onlayn seminar keçirilib.

Tədbirdə DQİDK-nin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva və əməkdaşları, gənclər, rayon ictimaiyyətinin nümayəndələri, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd  olunaraq bildirilib ki, dinlər və məzhəblərarası münasibətlər baxımından Azərbaycan bütün dövrlərdə nümunə olub. Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri haqqında ətraflı danışılıb. O da vurğulanıb ki, məzhəb ayrı-seçkiliyinin güclənməsi nəticəsində ictimai-siyasi sabitlik pozulur, milli birliyə xələl gəlir, inkişafın qarşısı alınır.

Tədbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.