29.09.2017
Balakəndə dini marifləndirmə tədbiri keçirilib
Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Balakən rayonu Katex kənd mərkəzi məscidi dini icmasının “İslam dini mövhumata və xurafata qarşıdır” layihəsi çərçivəsində “Dinimizi xurafat və mövhumat elementlərindən təmizləməkdə təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov, Katex kənd mərkəzi məscidi dini icmasının sədri Ramazan Babayev və kənd dindarları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Ramazan Babayev qeyd edib ki, dünyəvi təhsilə yiyələnməklə paralel şəkildə dini elmləri öyrənmək gələcək üçün daha məqsədəuyğundur.
QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov hədislərdən sitatlar gətirərək İslam dininin elmlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, xurafatın yayılmaması üçün həm dini savadsızlığa qarşı, həm də dünyəvi təhsilin inkişafı istiqamətində birlikdə çalışmalıyıq.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə isə deyib ki, müasir dövrdə İslamı gözdən salmaq üçün xurafat və mövhumat kimi elementlərdən istifadə edən müəyyən radikal qruplar vardır ki, onlara qarşı ideoloji müstəvidə mübarizə aparmaq yanlız təhsillə mümkündür. O, təhsilsiz cəmiyyətin son mərhələdə xurafata zəmin yaradacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb
Tədbirin sonunda iştirakçıarı maraqlandıran sualar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
.jpg)

