Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.07.2017

Balakəndə “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

İyulun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Balakən rayonunun Cederovtala kəndində “İslam sülh və həmrəylik dinidir” mövzusunda layihənin təqdimatı olmuş və sözügedən layihə çərçivəsində “Dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Balakən Rayon İcra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin bölgə  qazısı Haciı İbrahim İbrahimov, DQİDK-nın Zaqatala şöbəsinin əməkdaşları, Cederovtala kənd ictimaiyyətinin nümayəndələri və dindarlar iştirak ediblər.
Layihənin rəhbəri Ceerçiyev Həmzət  çıxışında bildirib ki, tarixən xalqımızın keçdiyi uzun yol nəticəsində milli və dini dəyərlərimiz bir-birilə sıx birləşərək xalqımızın mənəvi sərvətini formalaşdırıb. Hər birimiz milli-dini dəyərlərimizə sahib çıxmalıyıq.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev dini maarifləndirmə işinin əhəmiyyətindən və radikal dini fikirlərə qarşı mübarizənin əsas vasitəsi kimi sahib olduğumuz milli-mənəvi dəyərlərin daha dərindən öyrənilməsi və təbliğindən danışıb.
Daha sonra çıxış edən qazısı QMİ-nin bölgə  qazısı Hacı İbrahim İbrahimov deyib ki, milli-mənəvi dəyərlərimiz bizi bir xalq kimi formalaşdıran və digər dünya xalqlarından fərqləndirən əsas cəhətdir. Azərbaycanda dini etiqad sahibinin ibadətini yerinə yetirməsi üçün əlverişli şərait var. O vurğulayıb ki, hər bir ölkə vətəndaşı dini və milli dəyərlərimizi qorumalı və bizim birgə yaşamağımıza maneə olan, bizi bir-birimizdən uzaqlaşdıran radikal dini düşüncəyə qarşı ayıq-sayıq olmalıdır.
Balakən Rayon İcra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir muavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov çıxış zamanı gənclərə milli dəyərlərimizin təhrif olunması və ona qarşı mübarizədə təhsil amilinin əhəmiyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, hər bir gənc öz vətəndaşlıq mövqeyinə yiyələnməlidir. Vətəndaşlıq mövqeyi isə azərbaycançılıq ideyasının gənclər tərəfindən mənimsənilməsi yolu ilə əldə olunur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.