Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.06.2019

Balakəndə "15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib

İyun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Balakən rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Balakən rayonu Heydər Əliyev mərkəzində “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən rayonu Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən Jalə Hüseynova və ictimayyət nümayəndələri iştirak ediblər.                           

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsini icra edən Jalə Hüseynova bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. J.Hüseynova Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev öz çıxışında ölkəmizdə 1993-cü il 15 iyun tarixi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı sonsuz minnətdarlıq hissi ilə xatırlanır. Ümummilli Liderin bütün Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası, milli-mənəvi və dini dəyərlər sahəsində həyata keçirdiyi mütərəqqi islahatlar haqqında ətraflı məlumat verib

Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşları Günel Hudulova və Nigar Abdullayeva çıxış edərək qeyd etdilər ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun tarixi böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Sonda Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.