Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.08.2021

Balakən rayonunda onlayn seminar keçirilib

Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Balakən rayonunda “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, müəllim və psixoloqlar, Balakən rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər.

Çıxışlar zamanı erkən nikahın səbəbləri, fəsadları və ona qarşı mübarizə yolları müzakirə edilib. Azərbaycan Respublikasının Konstitusiyası əsas gətirilərək vurğulanıb ki, ölkəmizdə nikah yaşı 18 müəyyən olunub, bu yaşa çatmayan şəxslərin evləndirilməsi qanunsuz və əsassızdır. Qeyd edilib ki, Azərbaycan Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı təsdiq edilib və dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.6.3-cü bəndinə əsasən gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi, erkən nikahların fəsadları barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qurumlar ilə birlikdə əməli tədbirlər həyata keçirilib və keçirilməkdədir.

Tədbirin yekununda mövzu ətrafında fikir mübadiləsi aparılıb.