21.02.2018
Balakən məktəblilərinə “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Fevralın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Balakən rayonu Nəsimi adına şəhər 2 saylı tam orta məktəbdə nümayiş etdirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən rayonu Nəsimi adına şəhər 2 saylı tam orta məktəbin direktoru Samirə Varansova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Samirə Varansova Vətən və vətənpərvərlik anlayışlarından danışıb, hər bir şəxsin Vətənin azadlığı uğrunda lazım gələrsə canından belə keçməyə borclu olduğunu qeyd edib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə “Şəhadət” sənədli filminin əhəmiyyətinə toxunaraq onun Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunduğunu qeyd edib. Bildirib ki, digər tərəfdən film dini fanatizmin, radikalizmin cənginə düşərək xarici ölkələrin qanunsuz silahlı birləşmələrində vuruşan və orada həlak olanların acı talelərini göstərir. O, dini radikalizmin zərərlərini və radikal qrupların fəaliyyətinin müstəqil dövlətçiliyimizə təhdid olduğunu qeyd edib və gəncləri zərərli, yad dini vərdişlərdən uzaq olmağa çağırıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.
.jpg)
.jpg)