28.04.2016
Bakıda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
Aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonu ərazisində yerləşən 21 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Novruz Həsənli, məktəbin direktoru Ceyhun Bayramlı, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru C.Bayramlı multikultural dəyərlərin təbliğinin vacibliyindən söhbət açaraq bu dəyərlərin əsasının tarixi köklərimizlə bağlı olduğunu bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək multikulturalizm anlayışı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, Azərbaycanın ortaya qoyduğu multikulturalizm modeli praktiki baxımdan bütün dünya üçün nümunədir və dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə üç səmavi dinin, eyni zamanda müxtəlif inanclı insanların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir.
Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
(1)(2).jpg)
.jpg)