Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.05.2016

Bakıda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusunda tədbir keçirilib

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Məmməd Rahim adına 7  saylı tam orta məktəbdə “Multikulturalizm Azərbaycanda həyat tərzidir”  mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Nurlan Əzizov, Səbail Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin baş inspektoru Ramin Qafarov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ağasəlim Əhmədov, din xadimi Sadiq Əsgərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə 7  saylı tam orta məktəbin direktor müavini Ağasəlim Əhmədov açıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı N.İmanov bu ilin ölkəmizdə "Multikulturalizm İli" elan olunduğunu qeyd edərək, mövzu ətrafında çıxış edib. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin cəmiyyətdə güclü dayaqlara malik olduğu və multikulturalizmin dövlət siyasəti olması ilə yanaşı, xalqımızın həyat tərzi olduğu şagirdlərin diqqətinə çatdırılıb.
Səbail Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov multikulturalizmin müsbət cəhətləri və qeyri-ənənəvi dini cərəyanların multukulturalizmə mənfi təsirindən söz açıb.
Tədbirdə çıxış edən İçərişəhər “Həzrəti Muhəmməd” məscidinin din xadimi Sadiq Əsgərov radikalizm və onun multikulturalizmlə ziddiyyəti haqqında danışıb.
Tədbirin yekununda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.