22.02.2017
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində marifləndirmə tədbiri keçirilib
Fevralın 22-də Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində Abşeron Rayon Polis İdarəsi , Abşeron Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya , qeyri-ənənəvi təriqətlər və dini radikalizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Rüxsarə Əliyeva narkomaniya və radikalizmin cəmiyyət üçün ən təhlükəli problemlər olduğunu diqqətə çatdırıb və belə mübarizə tədbirlərinin keçirilməsinin labüdlüyünü vurğulayıb.
Daha sonra çıxış edən polis mayoru Elbrus Əhmədov gənclərin narkomaniyadan uzaqlaşdırılması üçün görülən tədbirlərdən söz açıb. Yaşadığımız dövrdə ümumbəşəri bəlaya çevrilmiş narkomaniyanın cəmiyyətdə və ailədə törədə biləcəkləri neqativ hallardan danışan E.Əhmədov bu bəla ilə mübarizə yolları haqqında geniş məlumat verib.
Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Hafiz Mikayılov isə zərərli vərdişlərlə mübarizə tədbirlərinin rayon rəhbərliyinin daim nəzarətində olduğunu nəzərə çatdırıb.
Polis leytenantı Beyrək Nəsirov narkomaniyaya yoluxma halları və zərərləri barədə dinləyiciləri məlumatlandırıb.
Ardınca çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Orxan Axundov qeyri ənənəvi, radikal dini cərəyan və təriqətlərin formalaşması, yayılma yolları, təbliğat vasitələri, ölkəmizdə fəaliyyətləri və bunlarla mübarizə yolları haqqında danışıb. Bu sahədə dini maarifləndirmənin önəminə diqqət çəkən Orxan Axundov “Fitnə” sənədli filminin də bu səpkidə tədbirlərdən biri olduğunu söyləyib.
Tədbirin sonunda “Fitnə” sənədli filmi nümayiş etdirilib və film ətrafında müzakirələr aparılıb.
.jpg)
.jpg)
(1).jpg)