Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.11.2019

Azərbaycanın tolerantlıq və multikulturalizm modeli müzakirə olunub

Noyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Sabunçu rayonu Pirşağı qəsəbə “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Azərbaycan multikultural və tolerantlıq nümunəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin əməkdaşı Aslan Sultanov, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsininin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, Pirşağı qəsəbə “Cümə” məscidi  dini icmasınının sədri Əliyulla Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, müasir dövrdə multikulturalizmin təbliği, təşviqi olduqca mühüm məsələdir və ölkəmizdəki tolerant mühit, Azərbaycanın multikulturalizm modeli dünya ölkələrində müsbət qarşılanır, tədqiq olunur. Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlığın, dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.