Şriftin ölçüsü:

Saytın rəngi:

27.09.2013

Azərbaycanın beynəlxalq “Photolernace” müsabiqəsi BMT-nin Sivilizasiyaların Alyansı tərəfindən elan olundu

 Xəbər verildiyi kimi, BMT-nin Nyu Yorkda yerləşən  mənzil qərargahında BMT-nin Sivilizasiyaların Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan – Tolerantlıq məkanı” adlı fotosərginin açılış mərasimi keçirilmişdir.
         
Təntənəli mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə həyata keçirilən “Photolerance” (Fotolerans) adlı beynəlxalq gənclər foto-müsabiqəsinin təqdimat mərasimi keçirilmişdir.  Müsabiqənin məqsədi müasir dünya gənclərinin foto sənəti vasitəsilə əks olunan tolerantlığa baxışlarını beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmək və bu yaradıcı üslübla dini və mədəniyyətlərarası tolerantlığı dünya miqyasında təşviq etməkdir.
 
Layihənin beynəlxalq təqdimatını həyata keçirən dünya şöhrətli fotoqraf Reza Deqati belə bir beynəlxalq təşəbbüsün məhz dünyada sülhün və inkişafın təmin edilməsi məqsədilə yaradılmış BMT-nin mənzil-qərərhahında keçirilməsinin böyük məna daşıdığını bildirərək,  BMT Sivilizasiyaların Alyansı və DQİDK-nə layihəyə verdikləri dəstək üçün öz təşəkkürünü bildirmişdir. Müsabiqə 18-25 yaşlı gənclər auditoriyası üçün nəzərdə tutulduğunu bildirən sənətkar, bu nəcib təşəbbüsü vasitəsilə dünya gənclərinin milli, irqi və dini zəmində baş verən münaqişələrə qarşı mövqe nümayiş etdirmələri üçün təsirli vasitə olacagına öz inamını ifadə etmişdir.
 
Layihənin əhəmiyyətini qeyd edən BMT-nin Sivilizasiyaların Alyansı üzrə Ali nümayəndəsi cənab Nassir Abdulaziz Al-Nasser təmsil etdiyi qurumun bu təşəbbüsün dünya miqyasında tanıdılması və uğurla həyata keçirilməsi üçün çalışacaqlarını vurğulamışdır. Qeyd olunmuşdur ki, “Photolerance” müsabiqənin qalibləri 2014-cü ildə BMT Sivilizasiyaların Alyansının növbəti Qlobal Forumunda elan ediləcklər.