“Azərbaycanda multikulturalizm: tarixilik və müasirlik” adlı kitab nəşr edilib
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və yeni tarixi şəraitdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasəti Respublikamızın beynəlxalq münasibətlər sistemində mütərəqqi göstəricilərindən biridir.
Məhz bunu rəhbər tutaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Azərbaycanda multikulturalizm: tarixilik və müasirlik” adlı kitab nəşr olunub. Kitabda multikulturalizmin meydana gəlmasi, bu ideyaların formalaşmasında tarixi, coğrafi və subyekiv faktorlar tədqiq edilib. Nəşrdə tarixən Azərbaycan ərazisində yayılmış Zərdüştilik, Manilik, Məzdəkilik,Yəhudilik, Xristianlıq, İslam və digər dinlər haqqında məlumatlara yer verilib. Azərbaycanın bədii-fəlsəfi düşüncəsindəki tolerantlıq ideyalarının da işıqlandırıldığı kitabın müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ayıq Səmədovdur.