Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.12.2017

“Azərbaycanda dini radikalizm və ona qarşı mübarizə” mövzusunda seminar keçirilib

Dekabrın 26-da Binəqədi rayonu 283 saylı tam orta məktəbdə “Azərbaycanda dini radikalizm və ona qarşı mübarizə” mövzusunda seminar təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, məktəbin müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər.
Seminarı giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Zeynalova “Azərbaycanda dini radikalizm və ona qarşı mübarizə” mövzusunda tədbirin məktəblərdə keçirilməsinin yeniyetmələrin dini maariflənməsi, milli-mənəvi dəyərlərin, ölkədə mövcud sabit mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra DQİDK-nın sifarişi ilə çəkilən, dini fanatizm, radikalizm və ekstremizm meyillərinin fəsadlarından bəhs edən “Şəhadət” filmi nümayiş etdirilib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxışında ölkədəki dini durumdan, dini icmaların fəaliyyətindən, dövlət-din münasibətlərindən və ölkədə dini radikalizmin qarşısının alınması istiqamətində görülən işlərdən söz açıb. Mövzunun aktuallığını qeyd edən natiq bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov dövlətimizi və cəmiyyətimizi dini radikalizm təhlükəsindən qorumaq, şagirdlərin dini cərəyanların təsiri altına düşmələrinin qarşısını almaq üçün bu cür maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib.
Sonda  mövzu ilə bağlı müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb.