Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.07.2017

Azərbaycanda dini maarifləndirmə tədbirləri davam etdirilir

İyulun 20-də Yardımlı rayonu Avaş kəndi “İmam Museyi Kazım” məscidi dini icmasının “Radikal meyillərə qarşı mübarizədə dindarların rolu” adlı layihəsi çərçivəsində “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağrışıdır” mövzusunda tədbir keçirilib.
Avaş kənd tam orta məktəbində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK)  Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev, dini icma sədri Fikrət Feyziyev, ağsaqqallar, icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli İslam həmrəyliyinin gücləndirilməsi sahəsində görülən işlərdən danışıb. O, eyni zamanda, radikalizmlə mübarizədə hər kəsin düzgün dini biliklərə sahib olmasının vacibliyini qeyd edib.
Yardımlı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev, icma sədri Fikrət Feyziyev və başqaları çıxışlarında milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər. Dövlət başçısının dini icmalara maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndiriblər.

Sonda tədbir iştirakçılarına Dövlət Komitəsinin nəşri olan dini təyinatlı çap materialları paylanılıb.