Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.12.2014

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Qubada olub

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dekabrın 4-də Qubada Şimal bölgəsindən olan dindarlarla görüş keçirib.
Heydər Əliyev Mərkəzində keçirilən görüşü giriş sözü ilə açan Quba rayon İcra Hakimiyyətinin başçısının müavini Afət Həsənova tədbirin əhəmiyyətindən danışıb.
Daha sonra Komitə sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda dini sahədə maarifləndirmə işinin aparılması ilə bağlı ətraflı çıxış edərək bildirib ki, bu iş yalnız məscidlərdə deyil, bütün ölkədə aparılmalı və din xadimləri öz təhsil səviyyələrini günün tələblərinə uyğunlaşdırmalıdırlar.
Komitənin Şimal bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev çıxış edərək bildirib ki, bölgədə dini durum sabitdir. Burada müxtəlif dinlərin və təriqətlərin olmasına baxmayaraq, insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Dindarların adından Şimal bölgəsinin qazısı Naib Səttarov çıxış edərək bu cür görüşlərin zəruriliyini vurğulayıb və belə bir görüşü təşkil etdiyi üçün Komitə sədrinin müavini Səyavuş Heydərova təşəkkürünü bildirib.
Tədbir maraqlı təkliflər və müzakirələrlə başa çatıb.