Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.05.2018

Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Mayın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Gəgiran kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, Gəgiran kənd tam orta məktəbinin direktoru Ziyafəddin Cavadov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Gəgiran kənd tam orta məktəbinin direktoru Ziyafəddin Cavadov çıxışında mövzunun əhəmiyyətindən danışıb. Natiq, eyni zamanda Azərbaycanda yenidən müstəqillik əldə etdikdən, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə mütərəqqi nailiyyətlər əldə edildiyini bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli “Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” mövzusunda çıxış edərək Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə Azərbaycan Respublikasında həyata keçirilən dövlət-din münasibətləri haqqında məlumat verib. Onun sözlərinə görə, bu gün Azərbaycanda tolerant, multikultural mühit, həmrəylik və vəhdət hökm sürür.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hucətov və Cəmil Axundzadə çıxışlarında AXC-nin türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu qeyd ediblər. Natiqlər, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında xalqımızın Ümummilli Lideri Heydər Əliyev, bu gün isə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə mühüm uğurların qazanıldığını vurğulayıblar.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib və şagirdlərin ifasında şeirlər səsləndirilib.