Şriftin ölçüsü:

Saytın rəngi:

06.02.2013

Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakıda yeparxial dini-mədəniyyət mərkəzinin tikintisi üçün Rus Kilsəsinə torpaq sahəsi ayrılmışdır

AzərTAc Arxiyerey Məclisinin informasiya xidmətinə istinadla xəbər verir ki, fevralın 2-də Arxiyerey Məclisi olmuşdur. Məclisin açılışında çıxış edən Rus Pravoslav Kilsəsinin Patriarxı demişdir: “Azərbaycan Respublikasında dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla bərabər, ölkənin hüquq sistemi psevdodini ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir”.
Kilsə ilə dövlət hakimiyyəti arasında konstruktiv əməkdaşlıq yarandığını qeyd edən Rus Pravoslav Kilsəsinin Patriarxı daha sonra demişdir: “Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyası Qafqaz Müsəlmanları İdarəsi, dağ yəhudiləri icması, Avropa yəhudiləri icması, habelə katolik icması ilə ənənəvi dostluq münasibətləri saxlayır.
Müqəddəs Patriarx Kirill buna əyani sübut kimi bildirmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Bakıdakı Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsinə bitişik ərazi yeparxial dini-mədəniyyət mərkəzi binasının tikintisi üçün Kilsəyə verilmişdir.
Xatırladaq ki, həmin mərkəzin rəsmi təməl qoyma mərasimi keçən ilin iyun ayında keçirilmişdir.