Şriftin ölçüsü:

Saytın rəngi:

06.06.2023

Azərbaycan nümayəndə heyətinin Səudiyyə Ərəbistanına rəsmi səfəri bu ölkənin KİV-lərində işıqlandırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının (SƏK) İslam Məsələləri, Çağırış və İrşad Nazirliyinin (nazirlik) dəvəti ilə 30 may-03 iyun tarixlərində sözügedən ölkədə səfərdə olub.

Səfər çərçivəsində baş tutan rəsmi görüşlər, eləcə də Komitə sədrinin Mədinə şəhərinə səfəri zamanı verdiyi müsahibə SƏK-in “Saudi Press Agency”, “Shula posts”, “Sabq.org”, “Arab posts” kimi kütləvi informasiya vasitələrində işıqlandırılıb. Yerli media portalları tərəfindən yayılan məlumatlarda görüş zamanı DQİDK sədri Mübariz Qurbanlının İslam həmrəyliyinin, vəhdətin önəmi, həqiqi islami dəyərlərin qorunub saxlanılmasının vacibliyi barədə danışdığı vurğulanıb. Eyni zamanda Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış və İrşad Nazirliyi arasında imzalanan Anlaşma Memorandumu barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Memorandum iki ölkə arasında ekstremist ideologiya, terrorizm və ekstremizm problemləri ilə mübarizə, təcrübə mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək, bu istiqamətdə hər iki ölkədə konfranslar, seminarlar və görüşlər təşkil etmək məqsədi daşıyır.