Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.10.2017

“Azərbaycan multikulturalizmi dünyanın gözü ilə” adlı kitab nəşr edilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyilə “Azerbaijani Multiculturalism in the eyes of The World” (Azərbaycan multikulturalizmi dünyanın gözü ilə) adlı kitab nəşr edilib.
Nəşrdə müxtəlif ölkə və təşkilatların prezidentlərinin, hökumət nümayəndələrinin, din xadimlərinin Azərbaycanda mövcud dini tolerantlıq və multikulturalizmlə bağlı bir sıra fikirləri yer alıb. Bununla yanaşı, ölkəmizdəki nümunəvi dini durumla bağlı xarici ölkələrin nüfuzlu qəzet və jurnallarında tanınmış müəlliflər tərəfindən dərc edilən məqalələr və Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlərinin sitatları əks olunub. 
İngilis dilində nəşr edilmiş kitab DQİDK-nın Xarici əlaqələr şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb.
Nəşrin ölkəmizdə tarixən mövcud olmuş tolerant həyat tərzi və multikultural mühitin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli olacağına ümidvarıq.