Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.11.2017

Azərbaycan İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib və verəcəkdir

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Cəlilabad rayonu Maşlıq kəndi “Şəhidlər” məscidi dini icmasının “İslam həmrəyliyi: Azərbaycan nümunəsi” layihəsi çərçivəsində “İslam dini terrora qarşıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və əməkdaşı Tural Şahmarov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov, dini icma sədri Həmzəxan Məhərrəmov, dindarlar və ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov deyib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada
təbliğinə böyük töhfələr verib və verəcəkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.