Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.09.2017

Azərbaycan islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Neftçala  şəhəri “Sahib-əzzaman” məscidi dini icmasının “İslamda  həmrəyliyin və tolerantlığın əhəmiyyəti”  layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, şöbənin aparıcı məsləhətçisi Yusif Yusifli, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, Neftçala şəhəri  “Sahib-əzzaman”  məscidinin axund müavini Vüsal Hüseynov, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov qeyd edib ki, respublikamızdakı bütün xalqlar, bütün dinlərin nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. O,həmçinin ölkəmizdə mövcud olan tolerantlıq mühitinin digər ölkələr üçün də nümunə olduğunu qeyd edib.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə 2017-ci ilin “İslam həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən danışıb.
Natiq eyni zamanda vurğulayıb ki, ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına və eləcə də, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb.
Neftçala şəhəri  “Sahib-əzzaman”  məscidinin axund müavini  Vüsal Hüseynov çıxışında dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.