Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.04.2021

“Azərbaycan gəncliyi: vətənpərvərlik, dövlətçilik bir amal kimi” adlı onlayn tədbir keçirilib

Aprelin 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü, bölgənin Gənclər və İdman İdarələrinin (Gİİ) iştirakı ilə “Azərbaycan gəncliyi: vətənpərvərlik, dövlətçilik bir amal kimi” adlı onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba rayonu Gİİ-nin rəisi Mustafa Nöhbalayev, Xaçmaz rayonu Gİİ-nin rəisi Elman Məmmədov, Qusar rayonu Gİİ-nin rəisi Emil Əmirmətov, Şabran rayonu Gİİ-nin rəisi Süleyman Əliməmmədov, Siyəzən rayonu Gİİ-nin rəisi Nadir Məmmədov, Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və gənclər iştirak ediblər.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxış edərək bildirib ki, Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsi dönəmində qəhrəmanlıq nümayiş etdirərək qalib Azərbaycan gəncliyi olduğunu bütün dünyaya göstərdi. 

Ombudsmanın Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev çıxışı zamanı beynəlxalq hüquq və konvensiyalara toxunaraq azyaşlıların istismarının yolverilməz olduğunu diqqətə çatdırıb.

Bölgədə fəaliyyət göstərən idarə rəisləri tədbirdə ayrı-ayrılıqda çıxışlar edərək vətənpərvərliyin və dövlətçiliyin hər zaman qorunması və bu sahədə maarifləndirmə işlərinin aparılmasında gənclər və idman idarələrinin rolundan bəhs ediblər.