Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.03.2016

“Azərbaycan bayrağı–milli-mənəvi sərvətimizi və bizi xarakterizə edən atribut” layihəsi uğurla icra olunur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən martın 18-də Bakı şəhəri Səbail rayonu “Həzrət Məhəmməd” məscidi dini icması tərəfindən “Azərbaycan bayrağı–milli-mənəvi sərvətimizi və bizi xarakterizə edən atribut” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Səbail rayonu “Həzrət Əli” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Nuru İmanov, “Həzrət Məhəmməd” məscidi dini icmasının sədri Xanmirzə Bağırov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Həzrət Məhəmməd” məscidi dini icmasının sədri Xanmirzə Bağırov məsciddə keçirilən layihənin əhəmiyyətindən söz açaraq göstərdikləri dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev Azərbaycan bayrağının milli-mənəvi dəyərlərimizdəki yerindən, eləcə də bayrağımıza olan bağlılığın vacibliyindən söhbət açıb. O qeyd edib ki, bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da Ulu Öndərin yolunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.