"Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar" adlı video-konfrans keçirilib
BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 15 May Beynəlxalq Ailə Günü elan edilib.
Bu münasibətlə, mayın 15-də Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar” adlı video-konfrans keçirilib.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov iştirak ediblər.
Konfransı aşağıdakı link vasitəsi ilə izləyə bilərsiniz:

