Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.05.2018

Astaralılar Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Əbədiyaşar Şəxsiyyət” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, Astara qəzetinin baş redaktoru Fəridə Ağazadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru K. Səmədova Ulu Öndər Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. Direktor  Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında Azərbaycanın 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, qətiyyəti sayəsində dağılmaq və məhv olmaq təhlükəsindən xilas olduğunu bildirib. Ümummilli Lider öz xilaskarlıq missiyası ilə, xalqımız qarşısındakı əvəzolunmaz və tarixi xidmətləri ilə hər bir azərbaycanlının qəlbində əbədiyaşarlıq qazanıbdır.
Şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, Astara qəzetinin baş redaktoru Fəridə Ağazadə, Heydər Əliyev Mərkəzinin əməkdaşı Elza Kazımova çıxış edərək Ulu Öndərin müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu olduğunu qeyd ediblər. Natiqlər Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və iqtisadi sabitliyə nail olunduğunu diqqətə çatdırıblar.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.