Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.08.2019

Astarada "Sülh aylığı" çərçivəsində tədbir baş tutub

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində tədbir keçirilib.

Astara Rayon Mərkəzi Kitabxanasında baş tutan tədbirdə DQİDK-nn Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH-in məsul işçisi Tural Eyvazov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Mərkəzi Kitabxananın direktor əvəzi İlyas Məmmədov, kitabxananın əməkdaşları və filial müdirləri iştirak ediblər.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH-in məsul işçisi Tural Eyvazov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Dövlət Universitetinin dosenti Natiq Mirzəyev çıxışlarında Ombudsmanın təşəbbüsü ilə  “Sülh aylığı” çərçivəsində görülən işlər və keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıblar. Natiqlər ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri arasında hökm sürən sülh, həmrəylik münasibətlərindən və vəhdətin mövcudluğundan danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.