09.06.2016
Astarada "Multikultural dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir" mövzusunda tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi və Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Multikultural dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir" adlı tədbir keçirilib.Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Astara Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səlimə Nəsirova, 2 nömrəli məktəbin nümayəndəsi Murad Baratzadə, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov Azərbaycanda multikultural ənənələrin və tolerantlığın tarixi köklərindən bəhs edib. Astara Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səlimə Nəsirova multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təqdir olunduğunu, ölkəmizdə yaşayan bütün xalqlara eyni isti və səmimi münasibət bəsləndiyini vurğulayıb.
Digər natiqlər çıxışları zamanı bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


.png)