01.03.2016
Astarada "Azərbaycan multikultural dövlətdir" adlı tədbir keçirilib
Martın 1-də Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgə şöbəsi və Astara rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Astara şəhəri 1 nömrəli orta məktəbdə "Azərbaycan multikultural dövlətdir" adlı tədbir keçirilib.
Tədbirdə Bilik Fondunun Astara rayonu üzrə nümayəndəsi, Astara şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Maya Həsənova, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov, Astara rayon Təhsil Şöbəsinin müdir müavini Faiq Həsənov, müəllimlər və məktəb şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycandakı müxtəlif xalqların və dinlərin nümayəndələrinin yaşadıqları multikultural həyat tərzindən bəhs edən video çarx nümayiş etdirilib.
Sonra isə Bilik Fondunun Astara rayonu üzrə nümayəndəsi Maya Həsənova tədbiri giriş sözü ilə açaraq, Azərbaycanda multikultural ənənələrin və tolerantlığın tarixi köklərindən bəhs edib. Multikulturalizmin Azərbaycan modelinin bütün dünyada təqdir olunduğunu söyləyən M.Həsənova ölkəmizdə yaşayan bütün xalqlara bərabər, səmimi münasibət bəsləndiyini də vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Hatəm Gülməmmədov 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin heç də təsadüfi olmadığını, münaqişələrlə dolu dünyamızda ölkəmizin sabitlik adası rolunu nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, multikulturalizm xalqmızın tarixən formalaşmış milli-mənəvi dəyərlər sisteminin vacib elementlərindən biri və həyat tərzidir.
Tədbirdə, həmçinin, multikulturalizmin yaranma tarixi və tolerantlığın Azərbaycanda tarixi izləri ilə bağlı rus və azərbaycan dillərində mühazirələr dinlənilib.
.jpg)