Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2017

Astarada Məhərrəmlik ayına həsr olunmuş tədbir keçirilib

Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Astara Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə Astara şəhəri Mərkəzi kitabxanasında Məhərrəmlik ayına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov, dini icma sədrləri, din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev qarşıdan gələn Məhərrəmlik ayı ilə əlaqədar rayon ərazisində baş tutacaq tədbirlərin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin əhəmiyyətini  vurğulayıb.
QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənov QMİ-nin Qazılar Şurasının Məhərrəmlik ayı ilə bağlı fətvasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. İ.Həsənov Məhərrəmliklə bağlı tədbirlərin QMİ-nin fətvasına uyğun keçirilməsinin zəruriliyini qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında məhərrəmliklə bağlı keçirilən tədbirlərdə “Dini etiqad azadlığı haqqında” Qanunun  tələblərinə və  ictimai asayiş qaydalarına əməl etməyin vacibliyini bildirib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.