Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.08.2017

Astarada maarifləndirici tədbir keçirilib

Avqustun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Astara rayonu Kijəbə qəsəbə məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi məzhəb ayrı-seçkiliyinə qarşı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov dövlət-din münasibətlərindən bəhs edib. O, Azərbaycanda bütün səmavi dinlərin nümayəndələrinin birlik və həmrəylik mühitində, qarşılıqlı hörmət şəraitində yaşadığını bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə ölkəmizin Şərq və Qərb arasında həm coğrafi, həm də mədəni körpü rolunu oynadığını bildirərək Azərbaycanın İslam həmrəyliyini gücləndirmək üçün gördüyü mühüm xidmətləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
İcma sədri Ələkbər İsayev, Kijəbə qəsəbə məktəbinin müəllimi Azər Kişiyev və din xadimi Mahir Şəkərov çıxışlarında bu cür tədbirlərin qəsəbə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək belə tədbirlərin davamlı olmasının və gənc nəsli maarifləndirməyin əhəmiyyətindən danışıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.