Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.09.2015

Astarada dini maarifləndirmə ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabrın 9-da Astara rayonu Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Pensər kəndi "Hacı Teymur Cümə" məscidi dini icmasının sədri və imamı Fariz Veysəlov, Pensər kəndi "Cümə" məscidi dini icmasının sədri və axundu Hüseynağa Nəsirov,  dindarlar, kənd sakinləri, eləcə də gənclər iştirak ediblər.
Fariz Veysəlov “İslam məzhəbləri arasında ortaq dəyərlər”, Hüseynağa Nəsirov "Dini dözümlülük Quranda və hədislərdə " mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar. Tədbir iştirakçılarına Azərbaycan dilində nəşr olunan Qurani-Kərim kitabları təqdim olunub.
 
                                                                           ***
Sentyabrın 9-da Astara rayonu Şüvi kəndi "Cümə" məscidi dini icmasının həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin təbliği və müasirlik” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Şüvi kənd məscidi dini icmasının sədri Mahmud Baxşıyev, ilahiyyatçı Aftandil Qurbanov və dindarlar, kənd sakinləri, eləcə də gənclər iştirak ediblər.
Mahmud Baxşıyev "Qurani-Kərim milli-mənəvi dəyərlərimizin əsas mənbəyidir", Aftandil Qurbanov "Radikal dini cərəyanların yaranma tarixi" mövzuları üzrə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.
 
Tədbir iştirakçılarına Azərbaycan dilində nəşr olunan Qurani-Kərim kitabları təqdim olunub.