28.04.2017
Astara rayonunda maarifləndirmə tədbiri keçirilib
Aprelin 28-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Astara rayonu M.Abıyev adına Vaqo kənd tam orta məktəbdə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Astara şəhər Təhsil şöbəsinin əməkdaşı Emin Fətəliyev, Astara rayonu M.Abıyev adına Vaqo kənd tam orta məktəbin direktoru Cabir Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Astara rayonu M.Abıyev adına Vaqo kənd tam orta məktəbin direktoru Cabir Hüseynov tədbir iştirakçılarını salamlayaraq, məktəblərdə bu istiqamətdə keçirilən tədbirlərin vacibliyindən danışıb.
Astara şəhər Təhsil şöbəsinin əməkdaşı Emin Fətəliyev şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin önəmini qeyd edib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu diqqətə çatdırıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş etdirilib.



.jpg)
