28.02.2017
Astara rayonunda maarifləndirici tədbir baş tutub
Fevralın 28-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Astara şəhər “Qum” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Astara rayonu Təngərüd kənd məscidində maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bildirib ki, multikultural və tolerant dəyərlər milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.O, bu dəyərlərin qorunmasının və təbliğinin əhəmiyyətini vurğulayaraq dini radikalizmin və ekstremizmin multikultural cəmiyyətlər üçün təhlükəli olduğunu qeyd edib.
Astara rayonu Təngərüd kənd məscidinin imamı Sadir Zaidov isə İslam dininin sülh dini olduğunu, İslamda Vətən sevgisinin imandan olduğunu diqqətə çatdırıb.
Tədbirdə iştirak edən ilahiyyatçı Mahir Şəkərov İslam dinində ədəb və əxlaq qaydaları, böyüyə hörmət, kiçiyə mərhəmət prinsipləri haqqında məlumat verərək, İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini vurğulayıb.
Astara şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov isə həyata keçirilən layihənin əhəmiyyətindən danışaraq dindarlara göstərilən qayğıya görə dövlət rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
(120).jpg)
(111).jpg)