Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.03.2021

“Aprel savaşı-Böyük zəfərin müqəddiməsi” adlı onlayn konfrans keçirilib

Mart ayının 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Aprel savaşı−Böyük zəfərin müqəddiməsi” adlı 2016-cı il dörd günlük Aprel müharibəsində qazanılan qələbənin  beş illiyi münasibəti ilə  onlayn konfrans keçirilib.Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşı, Zaqatala rayonu Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Zaqatala Rayon Təhsil Şöbəsinin məsləhətçisi Rəcəb Əlizadə, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Sevinc İsmayılova, Zaqatala rayonu Gənclərin Karyera və İnkişaf Mərkəzinin direktoru Qumral İsmayılova, Zaqatala rayonu N.Gəncəvi adına Mərkəzi Kitabxana Sisteminin müdiri Gülnigar Məmmədova, Şəhid ailələri, qazilər, rayon ziyalıları və gənclər iştirak ediblər.

Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz  xatirəsini  bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı  düşmən işğalı altında olan Vətən torpağının hər bir qarışının  azad olunması naminə 2016-cı ilin aprelində mənfur düşmən üzərində qələbə ilə yekunlaşan 4 günlük müharibənin Azərbaycan tarixində böyük qayıdışın başlanğıcı və böyük zəfərə aparan yol olduğu tədbir içtirakçılarının diqqətinə çatdırılıb. Qeyd edilib ki, dövlətimiz tərəfindən həyata keçirilən siyasi və hərbi addımlar nəticəsində  aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun “Cocuq Mərcanlı” kəndi və  mühüm strateji yüksəkliklər də daxil olmaqla 2,000 hektarlıq vətən torpağı düşmən əsarətindən azad edilib. Xalqımızın  otuz il  davam edən vətən, yurd və doğma torpaq həsrəti Aprel döyüşlərində və 44 gün davam edən Vətən müharibəsində rəşadətli qalib Azərbaycan ordusunun bizə yaşatdığı qələbə müjdəsi ilə yekunlaşıb.

Bildirilib ki,Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ardıcıl və uzaqgörən siyasət nəticəsində Azərbaycan son 4 ildə əldə etdiyi tarixi qələbələr ilə öz məntiqi yekununa çataraq əzəli torpaqlarımızın erməni işğalından azad olununması prossesini uğurla başa çatdırıb. Şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının təminatının, sosial rifahının və həyat səviyyəsinin yaxşılaşdırılması üçün görülən işlərin dövlətimizin əsas prioritet fəaliyyət istiqamətlərindən biri olduğu qeyd edilib. Bildirilib ki, Vətən müharibəsində qazanılan qələbədən dərhal sonra Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq fərman və sərəncamlar ilə Azərbaycan Milli Qəhrəmanları, Şəhid ailələri və müharibə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan Prezident təqaüdləri artırılıb və “Vətən Müharibəsi Qəhrəmanı” üçün nəzərdə tutulan  yeni Prezident təqaüdü təsis edilib.