Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.04.2021

“Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” mövzusunda onlayn videokonfrans keçirilib

Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin, Oğuz rayon Gənclər İdman idarəsinin, Oğuz Rayon Mərkəzi Kitabxanasının və Oğuz Rayon Təhsil şöbəsinin   birgə təşkilatçılığı ilə Oğuz rayonunda  aprel döyüşlərinə  həsr olunmuş  Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” mövzusunda onlayn videokonfrans keçirilib.

Tədbirdə DQİDK–nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Samir Salehov, Oğuz rayon Gənclər və İdman idarəsinin rəisi Ramiz Mahmudov, idarənin əməkdaşları, Oğuz rayon Mərkəzi Kitabxanasının əməkdaşları, Oğuz rayon Təhsil şöbəsinin əməkdaşları, həmçinin rayon gəncləri iştirak ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın  ön xətt mövqelərinin və yaşayış məntəqələrimizin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması əks-həmlə ilə düşmən təxribatının qarşısını almaq məqsədilə ordumuzun bölmələrini hərəkətə keçirdi. Bu hadisə aprel döyüşləri kimi tarixə keçdi. Aprel döyüşləri bütün dünyaya  Azərbaycan ordusunun gücünü, qələbə əzmini göstərdi.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.