Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.05.2017

Amerikalı jurnalist: “Azərbaycanda gördüyüm hər şey dünya ilə bölüşəcək qədər maraqlı idi”

Azərbaycan və mən. Bir həftəlik səyahətin Azərbaycandakı dayanacağı (4-cü hissə)
 
Amerikalı jurnalist, “postsBlaze”, “The Jeurusalem Post”, “The Times of Israel” kimi nüfuzlu mətbuat orqanlarının yazarı Nurit Qrinqer Azərbaycana səfər edib və ölkəmiz haqqında növbəti məqalə yazıb. Məqaləni təqdim edirik:
 
Azərbaycan Qran-Prisindəki qonaqpərvərlik
Azərbaycanda olarkən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu-Bakı prosesinin 2-ci günündə iştirak etdim. Bu tədbir insan təhlükəsizliyinə, sülhə və davamlı inkişafa nail olmaq üçün yeni məkan idi.
Azərbaycanda çoxmədəniyyətlilik dövlət tərəfindən qorunur, buradakı həmahəng birgəyaşayış bütün bəşəriyyətin nümunə götürəcəyi bir modelidir. Müxtəlif dinlərə və fərqli etnik qruplara mənsub insanlar bir xalq kimi inanılmaz dinc şəraitdə yaşayırlar. Azərbaycan dövləti bütün dünyada birgəyaşayışın nümunəsi olmaq naminə böyük işlər görür.
 
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
Görülən işlərdən biri də say etibarilə 4-cü dəfə keçirilmiş “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”dur. Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olmağa çalışır və bu məqsədlə də dialoqa dünyanın 4 tərəfindən insanları toplamaqla buna nail olur. Məhz bu, 5-6 may tarixlərində Azərbaycanda təşkil edilmiş “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu – Bakı prosesi”nin əsas məqsədi idi. Bu, dünyanın müxtəlif yerindən 800 nəfərin qatıldığı yüksək səviyyədə təşkil edilmiş mötəbər beynəlxalq tədbir idi. Tədbirin məqsədi hər vətəndaşının fəxr etdiyi ölkəni nümayiş etdirmək, tanıtmaq, göstərmək, hiss etdirmək idi. Azərbaycanın malik olduğu müstəsna qonaqpərvərlik tədbiri daha möhtəşəm edirdi. Azərbaycanlılar nəzakətli xalqdır. Onlar istənilən şəxslə ürəkoxşayan yoldaşlıq əlaqələri qururlar.
 
Şərqlə Qərb arasındakı körpü
Yerləşdiyi mövqeyinə görə Azərbaycan Şərqlə Qərb arasında dəhliz və körpü hesab olunur. Ölkə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. 2015-ci ildə Azərbaycan regional Olimpiya tipli Avropa Oyunlarına ev sahibliyi etdi. Cari ilin 12-22 may tarixlərində İslam Oyunları və 23-25 iyunda isə Bakının mərkəzi küçələrində Formula 1 Azərbaycan Qrand Prisi keçirmək ərəfəsindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında telesuflyor və ya hər hansı köməkçi vasitələr olmadan təxminən yarım saata yaxın nitq söylədi. Davamlı ardıcıllıqla ölkəsinin nailiyyətlərindən, hədəflərindən, vacib məsələlərindən danışan Prezident hətta dünya ictimaiyyətini qınamaqdan da çəkinmədi. Onun fikirlərinə görə terror savadsızlığın və yoxsulluğun nəticəsidir. Hansı ki, o, ölkəsində bununla mübarizədə ciddi cəhdlə işlər görür. 
Azərbaycanın dövlət quruluşu respublikadır. Dövlət hakimiyyəti Məhkəmə, Qanunvericilik, İcra Hakimiyyətlərindən ibarətdir. Məhkəmə hakimiyyətində Ali məhkəmə idarəedici sistemdir və hər üç aydan bir yığıncaq təşkil edən 39 hakimdən ibarət olmaqla, Fransa və Almaniya qanunlarına əsaslanan ölkə qanunvericiliyini rəhbər tutur. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. İcraedici hakimiyyət isə Prezident Administrasiyasına məxsusdur. Ölkənin Baş naziri var.
Azərbaycan vətəndaşlarını layiqli sərbəstliklə təmin edir. Gənc ölkə kimi təhlükəsizlik, sabitlik və xarici sərmayə axtarışındadır.
Azərbaycana ilk səfərim idi. Ölkə paytaxtı Bakıda Orta Şərqlə Avropa arxitekturasının xüsusiyyətləri şəhərə yeni ilə köhnənin xüsusi qarışıq sintezini verir. Bakı sıçrayışla inkişaf edir. Tikinti və yenidənqurma layihələri şəhərin istənilən yerində görünür.
Müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkədə gördüklərim, daddığım və qoxusunu aldığım hər şey dünya ilə bölüşəcək qədər maraqlı idi.
Azərbaycan, ətrafında tikanlarla əhatə olunmuş qızılgültək dünya sülhünün modeli kimi xidmət göstərə bilər. Bu ölkə qədim ənənələrin 21-ci əsrin müasirliyi ilə görüşdüyü yerdir. Bu maraqlı ölkənin camaatının paklığı var. Ümid və arzu edirəm ki, bu paklıq ölkələrinin dinamik inkişafında və xarici təsirlərin nəticəsində heç vaxt itməyəcək.
Azərbaycan xalqının qonaq sevdiyi haqqında eşitmişdim. Bunu Forumda iştirak edən hər kəsə böyük ehtiram və qonaqpərvərliklə göstərdilər.
Belə bir deyim var ki, “sevginin əksi nifrət deyil, etinasızlıqdır”, etinasızlığa dünya qərq olur, amma bu balaca ölkədə görünmür. 
Azərbaycana səfər edin və bu ecazkar ölkə haqqında təəssüratlarımda nə qədər haqlı olduğumu qulağıma astadan söyləyərsiniz.
 
Məqalə ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
 
 
 
Tərcümə edən:
DQİDK-nın əməkdaşı Bəhruz Orucov