Şriftin ölçüsü:

Saytın rəngi:

04.09.2014

Allahşükür Paşazadə Françısk Skorinı ordeni ilə mükafatlandırılıb

Belarus prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni Françısk Skorinı ordeni ilə mükafatlandırıb.
Belarus prezidentinin mətbuat xidməti uyğun fərmanının dövlət başçısı tərəfindən sentyabrın 1-də imzalandığını bildirib.
Allahşükür Paşazadə bu mükafatı Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına əhəmiyyətli şəxsi töhfəsi, Belarus və Azərbaycan arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənilməsi fəaliyyəti və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə layiq görülüb.