Şriftin ölçüsü:

Saytın rəngi:

16.06.2015

“Aleksandr Nevski” pravoslav kilsəsi

Ünvan: Ünvan: Gəncə şəhəri, Hacı Əli Hüseynzadə küçəsi, 2

Məbəd 1887-ci ildə köhnə qəbiristanın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Kilsənin binası kərpicdən Bizans memarlığı üslubunda tikilmişdir.

Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə stasuna malik idi. XX əsrin 20-ci illərində məbəd Sovet hakimiyəti tərəfindən bağlanmış və başqa məqsədlər üçün istifadə olunmuşdur. 1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır.

Kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.

Məbəddə ibadət mərasimləri şənbə və bazar günləri, həmçinin pravoslav bayramlarında keçirilir.