Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
09.09.2021

Ağsulu gənclər “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunu müzakirə ediblər

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi və Ağsu rayonu Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda onlayn seminar keçirilib.

Seminarda təşkilatçı qurumların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.         

Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz 27 sentyabr 2020-ci il tarixdə əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə milli çağdaş tariximizə şanlı səhifə yazdı. Çağdaş tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu hərbi əməliyyat nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Vurğulanıb ki, 10 noyabr qələbəmizin təmin olunmasında xalqımızın birliyi, həmrəyliyi, milli-mənəvi dəyərlərimiz, multikultural cəmiyyətimiz böyük əhəmiyyət daşıyıb.