15.05.2017
Ağsuda maarifləndirici tədbir keçirilib
Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu rayonu Çiyni kənd məscidi dini icmasının “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və əməkdaşı Seyidkamil Mirhəsənli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov, Rayon Polis Şöbəsinin əməkdaşı Qasım Rəcəbov, Çiyni kənd Mədəniyyət evinin direktoru Əzizağa Əzizov, Ağsu Rayon İcra Hakimiyyəti başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Kərimov, dini icmanın sədri Elşən İsmayılov, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzunun əhəmiyyətindən danışıb. Natiq İslam dinində Vətən sevgisinin böyük önəm daşıdığını, Vətəni sevməyin imandan olduğunu vurğulayıb.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə vətənpərvərliyin mahiyyəti, milli-mənəvi dəyərlərimizdəki rolu, eləcə də müqəddəs dinimizdə vətən, torpaq sevgisi, xüsusilə şəhidlik zirvəsi haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Çiyni kənd məscidi dini icmasının sədri Elşən İsmayılov və Növcü kənd tam orta məktəbinin direktor müavini Faiq Əzizov milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, onların bu ruhda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
(150).jpg)