09.03.2017
Ağsuda “İslamda həmrəylik” adlı tədbir keçirilib
Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu rayonu Çiyni kənd məscidi dini icmasının “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi” layihəsi çərçivəsində “İslamda həmrəylik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov, Rayon Polis Şöbəsinin şəxsi heyət üzrə rəis müavini Haqverdi Əkbərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, Çiyni kənd Mədəniyyət evinin direktoru Əzizağa Əzizov, Ağsu Rayon İcra Hakimiyyəti başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Kərimov, dini icmanın sədri Elşən İsmayılov, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli İslam dininin humanizm, dözümlülük xüsusiyyətlərini aşıladığını, eyni zamanda insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyini bildirib. O, ölkəmizin İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini qeyd edərək bildirib ki, ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da məhz Azərbaycanın İslam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır
QMİ-nin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov cıxışında bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant və multikultural dəyərlərə yüksək önəm verməsinin sübutudur.
QMİ-nin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov cıxışında bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant və multikultural dəyərlərə yüksək önəm verməsinin sübutudur.
Daha sonra Çiyni kənd Mədəniyyət evinin direktoru Əzizağa Əzizov, Ağsu Rayon İcra Hakimiyyəti başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Kərimov və dini icmanın sədri Elşən İsmayılovun çıxışlarında milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)