Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2016

Ağsuda "Dini radikalizm və onun fəsadları" mövzusunda tədbir keçirilib

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Mədəd Rəhimov, Ağsu Rayon Polis Şöbəsinin rəis müavini Kərim Kərimov, QMİ-nin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, müəllim və şagirdlər iştirak ediblər.
Tədbir DQİDK-nın sifarişi ilə çəkilən, dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.
Daha sonra tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin vacibliyindən danışıb. O, ölkəmizdə mövcud olan müxtəlif din nümayəndələrinin birgəyaşayış tərzi və multikultural ənənələri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışaraq İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs edib.
Məruzə ətrafında QMİ-nin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov İslam dinində fanatizmə yer olmadığını qeyd edərək, milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolundan danışıb.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.