Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.11.2016

Ağsuda “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib

Noyabrın 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şamaxı regional şöbəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda  maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağsu  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, DTX-nın Şamaxı regional şöbəsinin əməkdaşı Mədəd Rəhimov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şəhrəbanu Məlikova, baş həkimin müavini Əli Hüseynov və rayonun səhiyyə işçiləri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimin müavini Əli Hüseynov mövzu ilə bağlı çıxış edərək zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxış edərək radikal dini cərəyanların yaranması, təbliğat metodları haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Ağsu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışaraq İslam dininin düzgün formada gənclərə çatdırılmasının vacibliyindən bəhs edib.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.