16.04.2016
Ağsu şəhərində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib
Aprelin 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və gənclik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Mirhəsənli Seyidkamil, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, rayon ağsaqqalları, dini icma sədrləri, axund və imamlar iştirak ediblər. Çıxış edənlər milli-mənəvi dəyərlərimiz və ənənəvi dindarlığın əhəmiyyəti, gənclərimizin vətənpərvərlik , milli-mənəvi və dini dəyərlər işığında tərbiyəsi, radikal təsirlərdən qorunması, eləcə də milli-mənəvi dəyərlərə sahib çıxmağın hər kəsin vətəndaşlıq borcu olması haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.