27.04.2017
Ağsu rayonunda “Məzhəblərarası vəhdət” adlı maarifləndirici tədbir keçirilib
Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağsu rayonu Çiyni kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın önəmi”layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyidkamil Mirhəsənli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı Anar Həmidov, dini icmanın sədri Elşən İsmayılov, Ağsu Rayon Növcü kənd tam orta məktəbinin direktor müavini Faiq Əzizov, Çiyni kənd Mədəniyyət Evinin direktoru Əzizağa Əzizov Ağsu Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Kərimov, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri E.İsmayılov layihə barədə geniş məlumat verib. O, dini icma tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin xüsusilə gənclər arasında müsbət nəticələr verdiyini və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı S. Mirhəsənli müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. İslamın iki böyük məzhəbi arasındakı bəzi fərqliliklərin müzakirəsindən daha çox ortaq dini dəyərlər ətrafında birləşməyin vacibliyini vurğulayaraq bu işdə dini icmaların, din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşı A.Həmidov, Növcü kənd tam orta məktəbinin direktor müavini F.Əzizov çıxış edərək müsəlmanların ən böyük gücünün həmrəylik və vəhdət olduğunu, vəhdətin təmin olunması üçün məzhəblər arasında dialoqun vacibliyini vurğulayıblar.
Sonda dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.
Sonda dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.